Rəsmi açıqlamaya görə, Ceyhun Bayramov və Hakan Fidan beynəlxalq və regional təhlükəsizlik məsələlərini, Yaxın Şərq və Suriyadakı vəziyyəti, həmçinin hücuma məruz qalan Azərbaycan təyyarəsi ilə bağlı məsələləri müzakirə ediblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb. Bundan sonra xarici işlər nazirlərinin telefon danışığı onu deməyə əsas verir ki, Ankara həmrəyliklə yanaşı, Bakı ilə müəyyən addımlarla bağlı məsələləri də müzakirə edir.
Azərbaycan təyyarəsi faciəsi bəşəriyyət faciəsi olmaqla, həm də mühüm maraqların toqquşmağa başladığı, hətta geosiyasi məqsədlərin həyata keçirildiyi siyasi prosesə çevrilməkdədir. Təəccüblü deyil ki, Türkiyə Rusiyanın özbaşına davranışları ilə həyata keçirdiyi “proses”də olmağa və qarşısını almağa çalışır. Üstəlik, razılaşmalar sisteminə Qazaxıstan da daxil ola bilər.
Faktiki olaraq Türkiyənin strateji maraqları daxilində olan və Ankaranın rəhbərlik etdiyi Türkdilli Dövlətlər Təşkilatının üzvü olan iki dövlət... Azərbaycan təyyarəsi fəlakəti məsələsində Rusiya Hava Hücumundan Müdafiə (HHM) sisteminin roluna dair faktlar güclənərək, Moskva üçün kifayət qədər çıxılmaz vəziyyət yaradıb.
Nəticə etibarilə Rusiya hansı davranışı göstərəcək və ya Moskva HHM məsələsindən yan keçmək üçün hansı “formasiya”lar tapmağa çalışacaq? Yoxsa Moskva problemi sadəcə olaraq Bakı və Astananın üzərinə qoyur, Türkiyə isə bu halda köməyə tələsir? Təbii ki, Bakının obyektiv araşdırmanı təmin etmək üçün Türkiyəyə müraciət etməsi doğru haldır. Nəticədə, Türkiyə araşdırmalara dəstək vermək məqsədilə 8 nəfərlik mütəxəssis heyəti göndərib.
Hər halda siyasi “rebus”a çevrilən insan faciəsi tamamilə gözlənilməz hadisələrin “tətiyi”nə çevrilə bilər.
Asif Cəfərov
Ordu.az